Burkina-Fasonun qərbindəki Tyui əyalətində silahlıların hücumu nəticəsində 10-a yaxın adam ölüb, daha bir neçə nəfər yaralanıb.
Den.az-ın məlumatına görə, bu barədə “Agence France-Presse” təhlükəsizlik mənbələrinə istinadən xəbər yayıb.
"Dünən gecə silahlı şəxslər Sara kəndinə hücum ediblər. Təəssüf ki, 10-a yaxın insan ölüb, daha bir neçə nəfər yaralanıb", - mənbə agentliyə istinadən yazıb.
Yerli sakinlərdən biri hücum zamanı ümumilikdə 11 nəfərin öldüyünü bildirib.
Aprel ayında Burkina Faso hakimiyyəti radikal silahlılarla mübarizə üçün ümumi səfərbərlik elan edib. Afrikanın Saxel bölgəsində yerləşən ölkə 2015-ci ildən bəri davam edən hücumların qarşısını almağa çalışır.
Rəsmi hesablamalara görə, ölkənin təxminən üçdə biri hökumətin nəzarətindən kənardadır.
Burkina-Fasoda silahlı hücum zamanı 10-a yaxın insan ölüb - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.