Amerika klinikalarından birində 61 yaşlı kişi maqnit rezonans tomoqrafiya (MRT) aparatına sürüklənib.
Den.az xəbər verir ki, "ABC News"-un verdiyi məlumata əsasən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, hadisə zamanı Nyu-York sakini boynuna metal zəncir taxıb. O, icazəsiz ekspertizanın keçirildiyi otağa daxil olub.
"O, işləyərkən cihazın içinə sovurulub. Zərərçəkmiş klinikada xəstə olmayıb, tibb müəssisəsinə başqası ilə gəlib", - jurnalistlər aydınlaşdırıblar.
Kişi ağır vəziyyətdə klinikaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.Publika.az