Qələbə barədə düşünəndə, tək qalmağa da hazır olmaq lazımdır, çünki sənin qələbən hər zaman müttəfiqlərin üçün sərfəli olmaya bilər.
Den.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı deyib.
Zalujnı hesab edir ki, müharibədə möcüzə olmur, onun gedişi yalnız müəyyən qanunlarla baş verir:
“Bəzi qanunlar min illərdir mövcuddur, bəziləri isə məhz indi yaranır. Yalnız bu qanunlar müharibənin gedişinə təsir edir. Bəzən bunu anlamaq üçün çox bədəl ödəmək lazım gəlir. Bu qanunları bilməmək insanı məğlubiyyətdən qorumur”.