apr
2024
18:54
213

"Rusiyanın bu addımı Qərbi hərəkətə gətirib" - Şərh

7 apr, 2024
18:54
213

"Rusiyanın bu addımı Qərbi hərəkətə gətirib" - Şərh

"Rusiyanın Ukraynada hərbi təşəbbüsü ələ alması Qərbi hərəkətə gətirir. Artıq Ukrayna Rusiyanın beş ədəd "SU-35" qırıcı təyyarəsini və "Moskva" kreyserini məhv edib. İndi də Rusiyanın növbəti hərbi gəmisi vurulub. Görünür, Ukraynaya lazım olan silahlar ötürülür. Bu baxımdan Kiyevə  "F16"ların tədarükü mümkündür".

Bu fikirləri "Den.az"a açıqlamasında konfliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, "F16" qırıcılarının Ukraynada olması və bu təyyarələr vasitəsilə bir neçə uğurlu əməliyyat keçirilməsi barədə məlumatlar var:

"Əlbəttə ki, Ukraynanın "Su-35" qırıcı təyyarəsini vuracaq sistemləri müharibənin gedişində olmayıb. Görünür, ABŞ-ın razılığı ilə Avropa ölkələrindən bəzisi Ukraynaya "F16" qırıcılarını ötürə bilər. Rusiyada seçki öncəsi Qərbin Ukraynaya ağır silahlarını verməsi mümkündür. Çünki Putinin seçki öncəsi əks hücumlarının qarşısını almaq və onun hərbi qalib obrazını məhv etmək Qərb üçün hava və su kimi lazımdır. Ötən gün Ukrayna Qoşunlarının Ali baş komandanı general Zalujnı da Rusiyaya itkilər veriləcəyinin anonsunu edib".

Günəş Fərəh
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar