"Rusiyanın Ukraynada hərbi təşəbbüsü ələ alması Qərbi hərəkətə gətirir. Artıq Ukrayna Rusiyanın beş ədəd "SU-35" qırıcı təyyarəsini və "Moskva" kreyserini məhv edib. İndi də Rusiyanın növbəti hərbi gəmisi vurulub. Görünür, Ukraynaya lazım olan silahlar ötürülür. Bu baxımdan Kiyevə "F16"ların tədarükü mümkündür".
Bu fikirləri "Den.az"a açıqlamasında konfliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, "F16" qırıcılarının Ukraynada olması və bu təyyarələr vasitəsilə bir neçə uğurlu əməliyyat keçirilməsi barədə məlumatlar var: "Əlbəttə ki, Ukraynanın "Su-35" qırıcı təyyarəsini vuracaq sistemləri müharibənin gedişində olmayıb. Görünür, ABŞ-ın razılığı ilə Avropa ölkələrindən bəzisi Ukraynaya "F16" qırıcılarını ötürə bilər. Rusiyada seçki öncəsi Qərbin Ukraynaya ağır silahlarını verməsi mümkündür. Çünki Putinin seçki öncəsi əks hücumlarının qarşısını almaq və onun hərbi qalib obrazını məhv etmək Qərb üçün hava və su kimi lazımdır. Ötən gün Ukrayna Qoşunlarının Ali baş komandanı general Zalujnı da Rusiyaya itkilər veriləcəyinin anonsunu edib".
Günəş Fərəh,
Den.az
Qərb Putinin seçki öncəsi qalib imicini belə məhv edə bilər - ŞOK DETALLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.