Rusiyanın Leninqrad vilayətində turistləri daşıyan avtobusla yük qatarı toqquşub.
“Den.az” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.
Qeyd olunub ki, Moskva vaxtı ilə saat 06:11-də baş verən qəzanın səbəbi avtobusun qatarın qarşısına çıxması olub.
Faktla bağlı araşdırma aparılır.
