İranın nüvə proqramına qayıdacağını düşünmürəm. İranın nüvəsi aradan qalxdı, geri qayıda bilməzlər. İranda istədiyimiz nöqtəni vurmuşuq.
Den.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp AĞ EVdə keçirdiyi mətbuat konfransında deyib.
"İran tərəfi bizimlə danışmaq istəyir. Gələn həftə danışıqlar baş tutacaq. İranda istədiyimiz nöqtəni vurmuşuq. Vurulan obyekt dağıntılar altında qalıb", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, İranın nüvə obyektləri Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və ya beynəlxalq miqyasda tanınan qurum tərəfindən yoxlanılmalıdır.