Məqalədə bildirilib ki, alman hakimiyyəti 2029-cu ilə qədər ölkəni müharibəyə hazır vəziyyətə gətirməyi öhdəsinə götürüb:
“Rəsmilər Rusiyanın ölkəni vurmağa hazır ola biləcəyinə inanırlar. Soyuq Müharibə dövründən qalan 2000 bunkerdən yalnız 579-u qalıb. Bu da 478 min nəfəri, yəni Almaniyanın 83,5 milyon əhalisinin 0,5 faizini qəbul edə bilir”.
Alman rəsmiləri, həmçinin vətəndaşları öz üzərlərinə düşəni etməyə və 10 gün, ya da ən azı üç gün müddətinə ehtiyat saxlamağa çağırıblar.
Sentyabrın 3-də Almaniya Kansleri Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinin sülhə can atması ilə bağlı sözlərinə inanmadığını deyib.