ABŞ prezidenti Donald Trampın pula qənaət etmək üçün Avropa ölkələrindən qoşunlarını çıxaracağı ilə bağlı müzakirələr davam edərkən, Britaniya mediası bu halda yarana biləcək boşluğu Fransanın doldura biləcəyini irəli sürüb.
Den.az xəbər verir ki, Britaniyanın “Daily Telegraph” qəzeti ABŞ-ın bölgədəki qüvvələrini geri çəkəcəyi təqdirdə Fransanın Almaniyaya nüvə silahına malik döyüş təyyarələri yerləşdirə biləcəyini yazıb.
Məqalədə deyilir: “Fransa Avropanı müdafiə etmək üçün öz nüvə qalxanından istifadə etməyə hazırdır. Fransa ABŞ-ın öz qoşunlarını qitədən çıxarmaq təhdidlərinə cavab olaraq Almaniyaya nüvə silahına malik döyüş təyyarələri göndərə bilər”.
Digər tərəfdən, qəzetə danışan mənbələr qeyd ediblər ki, rəsmi müraciət çox güman ki, ABŞ-ın nüvə qarşısının alınması qüvvələrini Almaniyadan çıxaracağı təqdirdə veriləcək. Anonim fransız rəsmisi deyib ki, Parisin Almaniyaya nüvə silahı yerləşdirməsi Moskvaya bir siqnal olacaq. Alman diplomatları da belə bir addımın Britaniyanı hərəkətə keçirməyə sövq edəcəyini bildiriblər.
Bu arada, Almaniyada keçirilən parlament seçkilərində qalib gələn CDU/CSU koalisiyasının lideri Fridrix Merz müsahibəsində deyib ki, Avropa artıq ABŞ prezidenti Donald Tramp administrasiyasının müdafiəsinə bel bağlamamalıdır.
Günəş Fərəh
Den.az
Trampın pula qənaət etmək üçün Avropada bu addımı atacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.