2025-ci il 1 oktyabr gecəsi Rusiya ordusu Xarkov və vilayətini idarə olunan aviasiya bombaları və raketlərlə vurub.
DenMedia.az xəbər verir ki, hücumlar nəticəsində bazar pavilyonları, yaşayış binası və qarajlar dağılıb, bir neçə yerdə yanğın baş verib.
“Barabaşovo” bazarında yerləşən pavilyonlar tamamilə yanaraq məhv olub, bir yaşayış binası dağılıb və sonrasında alovlanıb. Qarajlarda da ciddi yanğın və dağıntılar qeydə alınıb.
Rəsmi məlumatlara görə, ən azı 6 nəfər xəsarət alıb. Hadisə yerində xilasedicilər və təcili yardım briqadaları işləyir.

