Ukrayna rəsmiləri Rusiyanın 19 noyabr gecəsi ölkənin bir neçə şəhərinə endirdiyi hücumların ağır nəticələrə səbəb olduğunu bildirir.
Ukraynanın baş naziri Yuliya Sviridenko açıqlayıb ki, Ternopola endirilən zərbə nəticəsində 9 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.
«Rusiya bizim insanlara və şəhərlərə qarşı terroru davam etdirir. Həlak olanların ailələrinə başsağlığı verirəm», — deyə Sviridenko bildirib.
Ternopol
Səhər saatlarında Ternopol şəhərində bir çoxmərtəbəli bina dağılıb. Yerli OVA və «Susplne»nin ilkin məlumatına görə, ən azı iki nəfər həlak olub, dağıntılar altında qalanların ola biləcəyi istisna edilmir.
Lvov
Lvovda Rusiya zərbələri böyük yanğına səbəb olub. Şəhər deputatı İqor Zinkevich və OVA rəhbəri Maksim Kozitskinin məlumatına görə, enerji obyektinə, ağac emalı müəssisəsinə və anbara ziyan dəyib. Şəhər sakinlərinə tüstülənmə səbəbindən pəncərələri bağlamaq tövsiyə olunub.
Xarkov
Xarkov sakinləri gecə boyu artilleriya və dron hücumlarına məruz qalıb. OVA rəhbəri Oleg Sinequbovun sözlərinə görə, şəhərə 19 kamikadze dronu buraxılıb. 32 nəfər yaralanıb, onların arasında 9 və 13 yaşlı uşaqlar və 18 yaşlı qız var.
Ukrayna polisi isə yaralıların sayını 36 nəfər olaraq açıqlayıb.
Hücumlar nəticəsində:
-
ən azı 10 çoxmənzilli bina,
-
10 mülki avtomobil,
-
supermarket,
-
ofis binasının damı
zədələnib, həmçinin qarajlarda yanğın baş verib.

