Denmedia.az xəbər verir ki, Rusiyanın səhər saatlarında Kiyevə dron hücumu nəticəsində yanğınlar baş verib, ölən və yaralananlar var.
Səhər saat 5-dən Rusiya ordusu paytaxtı kütləvi şəkildə dronlarla vurub. Zərbələr Dneprovski, Darnitski, Desnyanski və Peçerski rayonlarında dağıntılara səbəb olub. 9 mərtəbəli binada və bir neçə yaşayış evində yanğınlar qeydə alınıb.
Kiyev vilayətində dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Rusiya həmçinin Ukraynanın enerji obyektlərinə – Kiyev, Poltava, Odessa, Xarkov və digər bölgələrdə zərbələr endirib.
Brovary şəhərində dron qalıqları yaşayış binasında yanğına səbəb olub, 83 yaşlı qadın xəsarət alıb. Fövqəladə Hallar Xidməti axtarış-xilasetmə işlərini davam etdirir.