Yol Polisinə Postuna Hücum olub...
Çeçenistanda naməlum bir şəxs yol polisi postuna hücum edərək bir polis əməkdaşını bıçaqlayıb. Nəticədə hücum edən şəxs cavab atəşi ilə hadisə yerində öldürülüb.
Den.az xəbər verir ki, bu insident haqqında məlumat “112” Telegram kanalı tərəfindən yayılıb. Hadisə Çeçenistanın Açxoy-Martan şəhərinin Kadırov küçəsində baş verib. Məlumatda deyilir ki, polis əməkdaşı bıçaqlanıb və hücum edən şəxs cavab atəşi ilə məhv edilib.
Hadisənin baş verməsindən sonra polis ərazidə yolları bağlayıb və hadisənin bütün hallarının aydınlaşdırılması üçün əməliyyat tədbirləri həyata keçirir. Bu tədbirlər hadisənin tam olaraq necə baş verdiyini öyrənmək və təhlükəsizliyi təmin etmək məqsədini daşıyır.