Mançesterdəki sinaqoqa hücumu Böyük Britaniya vətəndaşı, suriyalı əsilli Cihad əl-Şami törədib.
DenMedia.az xəbər verir ki, bu barədə BBC polisə istinadla məlumat yayıb.
Məlumata görə, əl-Şami uşaqlıq illərində Böyük Britaniyaya gəlib və 2006-cı ildə, hələ yetkinlik yaşına çatmamışkən, Britaniya vətəndaşlığı alıb.
Hadisə oktyabrın 2-də günorta saatlarında baş verib. Əvvəlcə o, avtomobili ilə insanların üzərinə çırpılıb, daha sonra isə onlara bıçaqla hücum edib.
Nəticədə iki nəfər həyatını itirib, dörd nəfər yaralanıb. Hücum edən şəxs isə Mançester polis əməkdaşları tərəfindən yerindəcə zərərsizləşdirilib.