DenMedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində bildirib ki, bu həftəsonu HƏMAS-la çox müsbət danışıqlar aparılıb.
O əlavə edib ki, eyni zamanda ərəb, müsəlman və digər ölkələrlə girovların azad edilməsi, Qəzza sektorunda müharibənin dayandırılması və Yaxın Şərqdə arzu olunan sülhün əldə olunması üzrə uğurlu məsləhətləşmələr aparılır.
“Bu danışıqlar uğurla gedir və sürətlə irəliləyir”, – Tramp vurğulayıb.
Onun sözlərinə görə, texniki qruplar 6 oktyabr, bazar ertəsi günü Misirdə yenidən toplanacaq və son detalları işləyib dəqiqləşdirəcəklər.
“Bildirdilər ki, ilk mərhələ bu həftə tamamlanmalıdır, və mən hər kəsi tez hərəkət etməyə çağırıram”, – prezident əlavə edib.