ABŞ Prezidenti Donald Tramp Qəzza sektorunda davam edən konfliktin həlli üçün növbəti 48 saatın kritik olduğunu bildirib.
“DenMedia.az” xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İsrail və HƏMAS nümayəndə heyətləri hazırda Misirdə beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparırlar.
Tramp bu açıqlamanı keçmiş amerikalı girov və onun ailəsi ilə Ağ Evdə görüş zamanı verib. O, nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə danışıqlarda tərəflərin razılığa gəlməsini təmin etməyi tapşırıb.
Telekanalın məlumatına görə, Prezident Tramp keçmiş girov və ailəsinə bildirib ki, növbəti 48 saatın danışıqları həlledici əhəmiyyət daşıyır.
Dolayı danışıqlar bazar ertəsindən etibarən Misir, Qatar və Türkiyə vasitəçilərinin fəal iştirakı ilə başlayıb. Müzakirələrin əsası isə ABŞ administrasiyası tərəfindən daha əvvəl təqdim olunmuş sülh planıdır, hansı ki, iki ildir davam edən Qəzza müharibəsinin bitirilməsini nəzərdə tutur.