Nobel Komitəsinin üzvləri siyasətin onlar üçün planetdəki sülhdən daha vacib olduğunu göstərdilər.
DenMedia.az xəbər verir ki, bu fikri Ağ Evin kommunikasiya direktoru Stiven Çun bildirib.
“Nobel Komitəsi bir daha sübut etdi ki, onlar siyasəti sülhdən üstün tuturlar,” – deyə Çun cümə günü X sosial şəbəkəsində yazıb.
Bu sözlər Sülh üzrə Nobel Mükafatının Venesuela siyasətçisi və ictimai xadimi Mariya Korina Maçadoya verilməsinə münasibət olaraq səsləndirilib.
Çun əlavə edib ki,
“ABŞ prezidenti Donald Tramp sülh sazişləri imzalamağa, müharibələri dayandırmağa və insan həyatını xilas etməyə davam edəcək.
Onun humanist ürəyi var və dünyada heç kim onun kimi təkcə iradə gücü ilə dağları yerindən tərpədə bilməz,” – deyə o vurğulayıb.
Bundan əvvəl, cümə günü Nobel Komitəsi Sülh üzrə Nobel Mükafatının laureatı kimi Mariya Korina Maçadonun adını açıqlamışdı.
“Mariya Korina Maçado Venesuela xalqı üçün demokratik dəyərlərin təşviqi və diktaturadan ədalətli, dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə mükafatlandırılır,” – deyə Komitənin press-relizində bildirilmişdi.