Əfqanıstan və Pakistan sərhəddə vəziyyətin sabitləşdirilməsi üzrə danışıqları davam etdirməyə və növbəti görüşü 6 noyabrda İstanbulda keçirməyə razılaşıblar.
Bu barədə məlumat Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra yayılan birgə bəyanatda yer alıb.
DenMedia.az xəbər verir ki, bəyanatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
“Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 25–30 oktyabr tarixlərində İstanbulda görüşlər keçiriblər. Məqsəd — 2025-ci ilin 18–19 oktyabrında Dohada Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs rejimini möhkəmləndirmək idi. Tərəflər atəşkəsin davamı barədə razılığa gəliblər. İcra mexanizminin təfərrüatları isə 6 noyabrda İstanbulda keçiriləcək liderlər səviyyəsində görüşdə müzakirə olunacaq,” — deyə bəyanatda bildirilir.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                