İspaniyanın sol yönümlü “Podemos” partiyasının baş katibi İone Belarra 2025-ci il Sülh üzrə Nobel Mükafatının nəticələrini sərt tənqid edib.
O, bu barədə X sosial şəbəkəsində yazıb, DenMedia.az xəbər verir.
“İndi Sülh üzrə Nobel Mükafatını çevrilişçilər və hərbi cinayətkarlar alır,” — deyə Belarra bildirib.
Siyasətçi əlavə edib ki, son illərdə beynəlxalq institutların nüfuz səviyyəsi son dərəcə aşağı düşüb.