ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski oktyabrın 17-də Vaşinqtonda görüşəcəklər. Tərəflər Kiyevə hərbi yardım məsələsini, o cümlədən uzaqmənzilli “Tomahawk” raketlərinin ötürülməsi imkanlarını müzakirə edəcəklər.
DenMedia.az xəbər verir ki, mənbələrin Axios nəşrinə verdiyi məlumata görə, tərəflər “Ukraynaya hansı növ silahların verilməsinin məqsədəuyğun olacağı”nı, eləcə də “Vaşinqtonun “Tomahawk”ların tədarükünə razılıq verib-verməyəcəyini” dəyərləndirəcəklər.
🔹 “Elə məsələlər var ki, onları telefonla müzakirə etmək mümkün deyil,” — deyə mənbələrdən biri bildirib.
Bu raketlərin ötürülməsi Ukraynaya dərin Rusiya ərazisindəki hədəfləri vurmaq imkanı verə bilər.
Gözlənilir ki, Zelenski ABŞ-a cümə axşamı günü gələcək, görüş isə ertəsi gün – cümə keçiriləcək.