Alyaskada keçiriləcək Tramp-Putin görüşü Avropada narahatlıq doğurub.
Denmedia.az xəbər verir ki, bu barədə ABŞ nəşri “The Hill” məlumat yayıb.
Məlumata görə, Tramp bu həftə Ukrayna Prezidenti Vlodimir Zelenskini sərt şəkildə tənqid edərək, “müharibənin başlamasında onun günahkar olduğunu” bildirib. Bu isə Avropada “ən pis ssenari” kimi dəyərləndirilən ABŞ-Rusiya ittifaqı ehtimalını gündəmə gətirib.
“Avropa liderləri ABŞ və Rusiya arasında yaxınlaşmanı istisna etmir və bunun qarşısını almaq üçün diplomatik səyləri artırıblar,” – deyə nəşr qeyd edir.
Qeyd edək ki, Tramp və Putin 15 avqust tarixində Alyaskada görüşəcəklər. Sammitin keçiriləcəyi tarixi və yeri Kreml təsdiqləyib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Alyaskanın seçilməsi təsadüfi deyil. Bura ABŞ və Rusiyanın, xüsusilə Arktikada iqtisadi maraqlarının kəsişdiyi nöqtədir.(Globalinfo.az)