Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, “istəkli ölkələr koalisiyası” yaxın yeddi-on gün ərzində Ukraynada atəşkəs planını hazırlayacaq. DenMedia.az xəbər verir ki, bu barədə o, RBK-Ukraina-ya açıqlama verib.
Zelenskinin sözlərinə görə, plan bir neçə əsas bənddən ibarət olacaq və onun məqsədi cəbhədə döyüşlərin dayandırılması üçün praktik mexanizmlər müəyyənləşdirməkdir.
“Bir neçə qısa bənd. Məsələn, atəşkəs planı. Biz qərara gəldik ki, bunun üzərində gələn həftə və ya on gün ərzində işləyəcəyik,” – deyə Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin bu planı qəbul etmə ehtimalı azdır, lakin diplomatik prosesin davam etməsi zəruridir.

