Birləşmiş Ərəb Əmirliklərində rusiyalı kriptodələduz Roman Novak və onun həyat yoldaşı Anna öldürülüb.
DenMedia.az xəbər verir ki, bu barədə “78” telekanalı məlumat yayıb. Bildirilib ki, cinayət onların qaçırılaraq pul tələb olunması məqsədilə törədilib.
Hadisə yerli hüquq-mühafizə orqanları tərəfindən açılıb, şübhəlilər saxlanılıb. İlkin məlumata görə, onların da Rusiya vətəndaşı olduqları müəyyən edilib.
Bundan əvvəl Moskva ətrafındakı Aprelevka şəhərində dəhşətli ailə faciəsi baş vermişdi — 47 yaşlı qadın içkili mübahisə zamanı öz nənəsini parçadan hazırlanmış yaylıqla boğaraq öldürmüşdü. Qohumlar arasındakı münaqişə 3 noyabr axşamı, birgə yaşadıqları fərdi evdə baş verib.

