ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya və ABŞ arasında Budapeştdə sammit keçirmək məsələsi hələ də müzakirə olunur. Bu barədə o, Ağ Evdə Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı jurnalistlərə açıqlama verib.
DenMedia.az xəbər verir ki, bu barədə TASS yazır.
“Biz bu barədə danışırıq. Rusiya prezidenti Vladimir Putinlə görüşlər haqqında sonradan məlumat verəcəyik. Biz bu mövzunu Viktorla da müzakirə etdik — o, Putini başa düşür, onu çox yaxşı tanıyır... Viktor hesab edir ki, bu müharibənin yaxın gələcəkdə başa çatacağına nail olacağıq,” — deyə Tramp vurğulayıb.

