ABŞ prezidenti Donald Tramp bildirib ki, Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüş ləğv edilib, lakin gələcəkdə onun baş tutacağına ümidlidir.
“Biz prezident Putinlə görüşü ləğv etdik,” — deyə Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüş zamanı bildirib.
Amerika lideri izah edib ki, hazırda bu görüşü keçirməyə “müvafiq şəraitin olmadığını” düşünür, amma “gələcəkdə belə bir dialoqun mümkün olacağına” inandığını vurğulayıb.