ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin yeni sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir etməyəcəyi barədə sözlərinə reaksiya verib. DenMedia.az xəbər verir ki, bu barədə C-Span portalı məlumat yayıb.
Tramp, Putinin bu fikrinə münasibət bildirərək, “onun üçün sevinirəm” deyib və əlavə edib:
Nələr baş verdiyini, altı aydan sonra görərik.
Putin isə Rus Coğrafiya Cəmiyyətinin XVII qurultayı başa çatdıqdan sonra açıqlama verərək bildirib ki, Budapeştdə Tramp ilə görüş təşəbbüsü ABŞ tərəfindən gəlib və sammit ləğv edilməyib, sadəcə təxirə salınıb.
O vurğulayıb ki, belə görüşlər “istənilən nəticəni əldə etmək üçün yaxşı hazırlanmalıdır.”
Putin həmçinin yeni sanksiyalarla bağlı qeyd edib ki, onların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyinə əmindir, və əlavə edib ki, ABŞ-ın Tomahawk raket zərbələrinə “heyrətamiz cavab” veriləcək.

