Le Figaro-nun məlumatına görə, Milli Assambleyanın deputatı Jero Verninin evinə naməlum şəxslər daxil olaraq qiymətli əşyaları aparıblar. Oğurluq zamanı evdə deputatın həyat yoldaşı tək olub.
“Dörd maskalı və əlcəkli şəxs evə girib, bu, hadisə zamanı evdə tək olan qadında ciddi şok yaradıb,” — qəzet yazır.
Hadisə 8 noyabr axşamı baş verib. Quldurlar deputatın həyat yoldaşını itələyərək zərbə endiriblər və əvvəlcədən planlaşdırılmış şəkildə hərəkət ediblər — evin yaxınlığında onları gözləyən avtomobilə minib hadisə yerindən uzaqlaşıblar.
Polis hadisə yerinə gələrək barmaq izləri götürüb. Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı bütün versiyaları nəzərdən keçirdiklərini bildiriblər.

