iyl
2023
12:03
188

Fransada merin evinə hücum edilib, həyat yoldaşı və övladı yaralanıb

2 iyl, 2023
12:03
188

Fransada merin evinə hücum edilib, həyat yoldaşı və övladı yaralanıb

Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyini, həyat yoldaşı və uşağının yaralandığını bildirib.
Den.az xəbər verir ki, bu barədə meriyanın rəhbəri tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:
“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.
Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar