Türkiyəyə məxsus Lockheed C-130 Hercules hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə və istintaq işləri səhər saat 6:30-da başlayıb. Bu barədə NTV telekanalı Türkiyənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə aparılır.
Gürcüstan Daxili İşlər Nazirliyi də hadisə yerində xilasetmə qruplarının çalışdığını və istintaqın Türkiyə tərəfi ilə birgə aparıldığını təsdiqləyib.

