Bütün danışıqları dayandırmaqla Ukrayna ABŞ prezidenti Donald Trampın planından uzaqlaşır.
Bu fikri Tsargrad.tv-yə müsahibəsində politoloq Danila Gureyev bildirib, Denmedia.az xəbər verir.
Ekspert deyib:
“Bu, ilk növbədə Donald Tramp üçün zərbədir. Ukrayna artıq demir ki, ‘siz orada öz aranızda razılaşın’. Əksinə, Ukrayna subyekt kimi davranmağa çalışır və deyir ki, ‘biz indi Donald Trampı kənara göndərib hər şeyi özümüz həll edəcəyik’.”
Gureyev əlavə edib ki, əgər Ukrayna siyasətçilərini ölkənin taleyi həqiqətən maraqlandırsaydı, onlar münaqişəni “artıq dünən” bitirməyə can atardılar. Lakin onlar Avropanın mövqeyinə qulaq asırlar, Avropa isə Kiyevi hər vəchlə daha da çox hərbi qarşıdurmaya sürükləyir.

