O, 2022-ci ildə anası Kraliça II Elizabetin vəfatından sonra taxta çıxaraq Böyük Britaniya tarixində ən yaşlı yeni kral oldu.
III Karl uzun illər ərzində yalnız bir varis kimi deyil, həm də ekologiya, iqlim dəyişiklikləri və irsi memarlıq sahəsində aparıcı ictimai fiqur kimi tanınıb. O, 1970-ci illərdən bəri ətraf mühitin qorunması haqqında danışaraq, bu mövzuda ilk siyasətçilərdən və ictimai xadimlərdən biri hesab olunur.
Tanınmış təşəbbüsləri arasında xüsusilə “Prince’s Trust” fondu seçilir. Bu fond minlərlə gəncə təhsil, iş və biznes imkanları yaratmaqla məşğul olur və Böyük Britaniyanın ən uğurlu sosial proqramlarından biri sayılır.
Kralın sağlamlıq vəziyyəti bu il dünya mediasının diqqət mərkəzinə düşmüşdü. Fevral ayında Buckingham sarayı III Karla prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdı. Onun xəstəliyi erkən mərhələdə aşkarlanıb və müalicənin uğurla davam etdiyi bildirilir.
Həkimlər kralın vəziyyətini “stabil və müsbət dinamika ilə irəliləyən” kimi qiymətləndirirlər.
Diaqnozdan sonra III Karl bir müddət ictimai tədbirlərdən uzaqlaşsa da, artıq tədricən rəsmi fəaliyyətlərinə qayıdır. Sarayın məlumatına görə, kral özünü yaxşı hiss edir və həkim nəzarəti altında iş qrafikini tədricən bərpa edir.

