ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçı konqresmen Marjori Teylor Qrinin həyatı onun iddialarına baxmayaraq birbaşa təhlükə altında deyil. Bu barədə RIA Novosti yazır.
Tramp deyib:
“Mən düşünmürəm ki, onun həyatı təhlükədədir. Açığını desəm, mən elə bilmirəm ki, o, kiməsə lazımdır.”
Bundan əvvəl Qrin Trampı ittiham etmişdi ki, onun sərt çıxışları konqresmenə ünvanlanan hədələrin artmasına səbəb olur. Qrinin sözlərinə görə, özəl təhlükəsizlik şirkətlərinin nümayəndələri də onunla əlaqə saxlayaraq təhlükəsizlik riskləri barədə xəbərdarlıq ediblər.
15 noyabrda Qrin bildirmişdi ki, məşhur maliyyəçi Ceffri Epşteyn işi üzrə materialların dərcini tələb etməsi onu ABŞ prezidenti ilə qarşıdurmaya gətirib çıxaracağını gözləmirdi.
Bundan qısa müddət əvvəl Tramp Truth Social hesabında Teylor Qrini Respublikaçı Partiyanın biabırçılığı adlandırmışdı.
Trampın sözlərinə görə, onların mübahisəsi o vaxt başlayıb ki, o, Qrinə sosioloji sorğunun nəticələrini göndərib. Həmin nəticələrə əsasən, konqresmen Gürcüstan ştatının qubernatoru və ya senatoru seçkilərində iştirak etsəydi, cəmi 12% səs toplaya bilərdi.

