ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putindən Xüsusi Hərbi Əməliyyatlar Bölgəsində atəşkəs tələb etməyəcəyini açıqlayıb.
DenMedia.az xəbər verir ki, dövlət başçısı bu barədə “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
“Mən düşünmürəm ki, indi Putindən atəşkəs istəməyin vaxtı deyil. Əgər bunu tələb etməli olsam, sərt tədbirlər görəcəyəm”, – Tramp vurğulayıb.
Onun sözlərinə görə, hazırda ən effektiv addım neftin qiymətinin endirilməsidir.
“Neftin qiyməti aşağı düşərsə, Rusiya ilə Ukrayna arasında müharibə tezliklə başa çatacaq”, – ABŞ Prezidenti əlavə edib.