ABŞ prezidenti Donald Trampın populyarlıq reytinqi 2025-ci il 20 yanvardakı inauqurasiyasından bəri ən aşağı həddə düşüb. Bu barədə 14–17 noyabr tarixlərində Reuters və Ipsos tərəfindən birgə keçirilən sorğunun nəticələri məlumat verir.
Sorğuya görə, Trampın prezident kimi fəaliyyəti cəmi 38% respondent tərəfindən bəyənilib. 60% iştirakçı isə bunun əksini bildirib. Bu göstərici Tramp üçün indiyədək qeydə alınan ən aşağı nəticədir.
Qeyd olunur ki, yanvarda reytinq 47% idi və ondan sonra 40%-dən aşağı düşməmişdi. Son sorğu ilə müqayisədə Trampın dəstəyi daha 2% azalaraq rekord minimuma enib.
Tədqiqatçılar bildiriblər ki, respondentlərin narazılığı əsasən ölkədə qiymətlərin artması və məşhur iş adamı Ceffri Epşteyn işi üzrə aparılan araşdırmanın gedişi ilə bağlı olub.

