ABŞ prezidenti Donald Trampın reytinqi onun prezidentlik dövründə ən aşağı səviyyəyə enib.
DenMedia.az xəbər verir ki, bu barədə Reuters/Ipsos sorğusunun nəticələri göstərir.
Məlumata görə, Trampın amerikalılar arasında dəstək reytinqi 40%-ə düşüb. Oktyabr ayında bu göstərici 42% idi.
Sorğuya əsasən, 57% respondent Trampın siyasətini dəstəkləmir. Xüsusilə 63% amerikalı onun ailə xərclərinin idarə olunması ilə bağlı addımlarından narazıdır.
Bundan başqa, respondentlərin əhəmiyyətli hissəsi uzunmüddətli “şatdaun”un (hökumət fəaliyyətinin dayandırılması) onları ciddi narahat etmədiyini bildirib:
-
29% bu vəziyyətə biganə və ya hətta məmnun olduğunu deyib,
-
20% — qəzəbli,
-
təxminən 50% isə narahat olduqlarını bildirib.
Agentliyin məlumatına görə, demokratlar hökumətin maliyyələşməsi ilə bağlı qanun layihələrini bloklayır və ilin sonuna qədər müddəti bitəcək sığorta subsidiyalarının uzadılmasında israr edirlər. Bu məsələ hazırda Konqresdə çoxluğa malik olan respublikaçılarla əsas fikir ayrılıqlarından biridir.
Sorğu göstərib ki, ABŞ vətəndaşlarının 73%-i bu subsidiyaların uzadılmasını dəstəkləyir.

