Fransa vətəndaşlarının prezident Emmanuel Makrona etimadı tarixi minimuma enib. DenMedia.az xəbər verir ki, bu barədə Figaro qəzeti Verian şirkətinin sorğusuna istinadla məlumat yayıb. Məlumata görə, respondentlərin cəmi 11%-i hazırkı dövlət başçısını dəstəklədiyini bildirib. Makrona etimad səviyyəsi son bir ayda beş faiz bəndi azalıb və nəticədə onun göstəricisi sabiq prezident Fransua Ollandın antirekorduna bərabərləşib. Sorğuda iştirak edənlərin 84%-i prezidentin siyasi kursuna etimad göstərmədiyini deyib. Hazırkı vəziyyət 2016-cı ilin sentyabrındakı vəziyyəti xatırladır — həmin vaxt Fransua Olland da vətəndaşların cəmi 11%-nin dəstəyini qazanmışdı.
Bu göstərici 1970-ci illərdən bəri aparılan sosial tədqiqatların tarixində ən aşağı səviyyə hesab olunur.
Makronun populyarlığı 1970-ci ildən bəri ən aşağı səviyyədə
 
        
        Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

 
                     
                     
                 
                 
                 
                 
                