Конгресс tərəfindən yayımlanan materiallara görə, ABŞ-ın məşhur maliyyəçisi Ceffri Epşteynə müxtəlif tanınmış şəxslər — siyasətçilər, bankirlər və iş adamları — prezident Donald Tramp haqqında məlumat almaq üçün müraciət ediblər. Bu barədə CNN xəbər verib.
Nəşrin məlumatına görə, Epşteynə “məsləhət, əlaqələr, zarafatlar və Tramp barədə dedi-qodular” üçün müraciət edənlər arasında:
“Dünyaca məşhur alimlər, bank maqnatları, aparıcı jurnalistlər və nüfuzlu siyasətçilər” olub.
O, bir sıra tanınmış şəxslərlə yazışıb. Onların arasında:
-
ABŞ Nümayəndələr Palatasında Virgin adalarını təmsil edən demokrat Steysi Plaskett,
-
keçmiş maliyyə naziri Larri Sammers,
-
Trampın sabiq müşaviri Stiv Bennon,
-
milyarder Piter Til,
-
iş adamı Tomas Pritsker yer alıb.

