NBC News yazır ki, ABŞ prezidenti Donald Tramp Ağ Evin şərq qanadının sökülməsi və onun yerində möhtəşəm bal zalının inşası barədə göstəriş verib. Bildirilir ki, sökülən bina keçmiş prezident Teodor Ruzvelt administrasiyası dövründə tikilmişdi.
Tramp açıqlamasında vurğulayıb ki, yenidənqurma işləri onun şəxsi vəsaiti və sponsorların dəstəyi ilə həyata keçirilir. Prezident bildirib ki, tikinti xərcləri artaraq təxminən 300 milyon dollara çatıb.
Jurnalistlərin məlumatına görə, 23 oktyabrda Tramp Ağ Evdə donor şirkətlərin nümayəndələri üçün təmtəraqlı axşam yeməyi təşkil edib. Qonaqlar arasında Amazon, Apple, Google, Microsoft və digər iri biznes strukturlarının təmsilçiləri də olub.

