ABŞ prezidenti Donald Tramp, jurnalistin Epşteyn işi ilə bağlı sualına əsəbiləşərək onu “sovuş, sovuş, donuz” adlandırıb. Hadisə prezident təyyarəsində baş verib. Bu barədə The New York Post yazıb, DenMedia.az xəbər verir.
Jurnalist Trampdan soruşub ki, niyə o, “Epşteyn fayllarında” onun barəsində kompromat ola biləcək materiallar varmış kimi davranır.
Tramp isə cavabında jurnalisti susdurmağa çalışaraq deyib:
“Sakit ol, sakit ol, donuz.”
Bundan əvvəl demokrat senator Kris Merfi bildirmişdi ki, Epşteyn sənədlərinin dərc olunması Trampı “dərin narahat” edir və onu “panik vəziyyətinə” salıb, çünki sənədlərdə onun adı keçir. Senatorun fikrincə, Trampın bu qədər aqressiv reaksiyası sənədlərdə onu sıxışdıra biləcək konkret məlumatların olduğuna işarə ola bilər.

