Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynanın Silahlı Qüvvələrinin (VSU) sayının azaldılması tələblərinə qarşı çıxıb. Bu barədə Avropa Komissiyasının press-relizində məlumat verilir.
Bəyanatda vurğulanır ki, belə məhdudiyyətlər ölkəni gələcək hücumlar üçün həssas vəziyyətə sala bilər və Avropanın təhlükəsizliyini sarsıda bilər. Fon der Lyayen həmçinin sərhədlərin toxunulmazlığı prinsipini və Ukraynanın bərpası zərurətini təsdiqləyib.
“Ukrayna suveren dövlətdir və onun silahlı qüvvələri ilə bağlı elə heç bir məhdudiyyət ola bilməz ki, bu, ölkəni gələcək hücumlar qarşısında həssas vəziyyətə sala bilər”,
— deyə Avropa Komissiyasının rəhbəri bildirib.

