Ukrayna və ABŞ nümayəndələri, Cenevrədə keçirdikləri görüşdə, ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan Ukrayna münaqişəsinin həlli planı üzrə irəliləyişə nail olublar. Bu barədə bazar günü Axios hər iki ölkədəki mənbələrə istinadən xəbər verir.
Bildirilir ki, ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, quru qoşunları naziri Den Driskoll və Trampın kürəkəni Cared Kuşner bazar günü səhərdən başlayaraq Cenevrədə Ukrayna nümayəndə heyəti ilə görüşlər keçirirlər.
Həmçinin qeyd olunur ki, Driskoll şənbə axşamı da nümayəndə heyəti ilə ayrıca görüşüb.

