ABŞ nümayəndə heyəti, quru qoşunları naziri Daniel Driskollun rəhbərliyi ilə, 21 noyabr Cümə günü Avropa İttifaqı rəsmiləri ilə Aİ üçün “ürəkbulandırıcı” sayılan görüş keçirib. Bu barədə britaniyanın Financial Times qəzeti mənbələrə istinadən məlumat verib.
Nəşrin yazdığına görə, Driskoll Kiyevdə ABŞ-ın Ukraynadakı işlər üzrə müvəkkili Culi Devisin rezidensiyasında keçirilən görüşdə belə deyib:
“Ukrayna çox pis vəziyyətdədir… təklif edilən plan onun ümid edə biləcəyi ən yaxşı variantdır.”
Driskoll əlavə edib ki, ABŞ planın detalları üzrə danışıqlar aparmır. Onun sözlərinə görə, Avropa yalnız gələcək müzakirələrdə təhlükəsizlik təminatları ilə bağlı hissəyə qoşulacaq.

