ABŞ-ın Ukrayna üzrə yeni planı üzərində prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, dövlət katibi Marko Rübio, vitse-prezident Cey Di Vens və Donald Trampın kürəyi Cared Kuşner işləyib. Bu barədə məlumatı NBC Ağ Evdəki yüksək vəzifəli məmura istinadən yayıb.
Bundan əvvəl Qərb mediası xəbər vermişdi ki, ABŞ və Rusiya birlikdə Ukrayna münaqişəsinin həlli üçün 28 maddəlik yeni plan hazırlayır. Bu maddələr dörd əsas bloka bölünür:
— Ukraynada sülh,
— təhlükəsizlik zəmanətləri,
— Avropada təhlükəsizlik,
— Vaşinqtonun Moskva və Kiyevlə gələcək münasibətləri.
Amerikanın Kiyevə ordu naziri Daniel Driskollun başçılıq etdiyi nümayəndə heyəti göndərdiyi də təsdiqlənib.
Lakin proses gözlənilən kimi getməyib:
Uitkoffun Türkiyənin Ankarada Ukrayna prezidenti Vladimir Zelenski ilə planlaşdırılan görüşü ləğv edilib.
NBC qeyd edir ki, görüş Kiyevin ABŞ-ın yeni planını “Rusiyaya ciddi güzəştlər tələb edir” deyərək müzakirə etməkdən imtina etməsindən sonra pozulub.

