Siyasətçi Adolf Gitler Uunona Ompundja dairəsində keçirilən regional seçkilərdə artıq beşinci dəfə namizədliyini irəli sürüb. Bu barədə Bild məlumat verib.
O, hak im partiya — SWAPO (Cənub-Qərbi Afrika Xalq Təşkilatı) adından seçkilərdə iştirak edir. Ölkədə regional seçkilər 26 noyabr tarixində keçiriləcək.
Siyasətçi son dəfə 2020-ci ildə yenidən seçilmişdi və 84,88 faiz səs toplamışdı. Eyni zamanda, seçkiqabağı reklamda siyasətçi yalnız "Adolf Uunonun dostu" kimi təqdim olunur.
Adolf Gitler Uunona əvvəlki seçkilər ərəfəsində bəyan etmişdi ki, nasist ideologiyası ilə heç bir əlaqəsi yoxdur və dünya hökmranlığına can atmır.

