ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi noyabr 2026-cı il seçkilərində yenidən namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Bu barədə DenMedia.az CNN-ə istinadla məlumat verir.
“Mən bir daha namizəd olmayacam, minnətdar qəlblə sizin nümayəndəniz kimi xidmətimin son ilini gözləyirəm,” — deyə Pelosi bildirib.
85 yaşlı siyasətçi seçicilərinə müraciət etdiyi videomüraciətdə, siyasi fəaliyyətindən kadrlarla müşayiət olunan görüntülərlə demək olar ki, 40 illik karyerasına son qoyduğunu elan edib.
Pelosi 1987-ci ildən Kaliforniya ştatından Nümayəndələr Palatasının üzvüdür. O, iki dəfə Palatanın spikeri olub — 2007–2011 və 2019–2023-cü illərdə. Pelosi həmçinin ABŞ tarixində bu vəzifəni tutan ilk qadın kimi tanınır və demokratlara iyirmi ildən artıq rəhbərlik edib.

