NATO-nun baş katibi Mark Ryutte ABŞ-ı Avropanın əsas təhlükəsizlik təminatçısı adlandırıb. Onun sözlərini El País yayıb.
Ryutte bildirib:
«Bütün müttəfiqlər mənim üçün eyni dərəcədə qiymətlidir. Amma gəlin açıq danışaq: ABŞ dünyada ən böyük hərbi gücdür və Avropanın təhlükəsizliyinin başlıca qarantıdır — xüsusilə də öz “nüvə çətiri” sayəsində».
Baş katibin fikrincə, Vaşinqtonun Avropadakı genişmiqyaslı hərbi mövcudluğu səbəbindən NATO ölkələri formal olaraq bərabərdir, amma “bəziləri digərlərindən daha bərabərdir”.
Ryutte bunu da vurğulayıb ki, ABŞ-ın Avropada «böyük hərbi izi» var və bu, alyansın güc balansını faktiki şəkildə müəyyən edir.

