Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Ukraynanın gələcəyi Avropa İttifaqındadır.
DenMedia.az xəbər verir ki, Avropa Parlamentindəki çıxışını The Guardian yayıb.
Fon der Lyayen deyib ki, Ukrayna öz gələcəyini və “Avropa taleyini” sərbəst şəkildə seçmək hüququna malik olmalıdır.
O, çıxışında qeyd edib:
«Bu, sadəcə taleyin məsələsi deyil. Bu, təhlükəsizlik təminatlarının əsas və ayrılmaz hissəsidir və biz bunu birlikdə reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik».

