Ukraynanı yaxın günlərdə önəmli diplomatik hadisələr gözləyir. Bu barədə prezident Vladimir Zelenski öz Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, Kiyevin ABŞ tərəfdaşları ilə sülh planı üzərində işi sürətlənib, həmçinin gələn həftə yüksək səviyyəli danışıqlar keçirilməsi planlaşdırılır.
Zelenski bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə hazırlanmış müddəaları konkret addımlara çevirmək, həmçinin sülhə və təhlükəsizlik təminatlarına doğru irəliləmək üçün intensiv şəkildə birgə işləməyə davam edirlər.

