Kremldə Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni, danışıqlarda iştirak edən Cared Kuşner arasında keçirilən görüş başa çatıb. Təxminən beş saat davam edən danışıqlarda tərəflər Ukrayna üzrə təqdim olunan Amerika sülh planını müzakirə ediblər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüşün yekununda razılaşdırılmış sülh planı əldə olunmayıb. Onun sözlərinə görə, Amerikanın bəzi təklifləri “müəyyən mənada qəbulolunandır”, lakin əsas maneə ərazi məsələsi olaraq qalır.
“Hələ də kompromis yoxdur. Danışıqların detallarını açıqlamamaq barədə razılıq əldə etdik,” — deyə Uşakov vurğulayıb.

