Bloomberg yazır ki, ABŞ-ın dövlət katibi Marko Rubio prezident Donald Trampın Rusiya ilə danışıqlar strategiyasına ciddi şübhə əlavə edib. Agentliyin mənbələri bildirir ki, Rubio uzun müddət Trampın xüsusi elçisi Stiven Uitkoffun Moskva ilə qurduğu kanalların nəticə verəcəyini gözləyib, lakin bunun baş vermədiyini görüb və prosesə daha skeptik mövqe ilə müdaxilə edib.
Məlumata görə, Rubio administrasiyada təsiri ən sürətlə artan xarici siyasət fiquruna çevrilib.
Keçən həftə dövlət katibi bildirib ki, Moskva və Vaşinqton nümayəndələri növbəti Tramp–Putin görüşünün konkret nəticə verməli olduğu barədə razılığa gəliblər.
«ABŞ tərəfi görüşləri yalnız görüş üçün keçirməyəcək», — deyə Rubio vurğulayıb.
Xatırladaq ki, Tramp və Putinin oktyabrda Budapeştdə keçirilməsi planlaşdırılan görüşü baş tutmamışdı.

